Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb

2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların
pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən
alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə
ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə,
qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni,
nağd ödənişlərdə isə 10%-ni təşkil edir. Layihənin əsas məqsədi həm
vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız
ödənişlərin stimullaşdırılmasıdır.

Bu layihənin təqdim edilməsindən 2 il keçməsinə baxmayaraq artıq
əhaliyə 200 milyon manat vəsait geri qaytarılıb ki, bu göstəricinin
125 milyonu manatı Birbank istifadəçilərinin payına düşür. Bundan
başqa 2 il ərzində qaytarılan çek sayı 500 milyon olub ki, bu
göstəricinin də 350 milyonu Birbank vasitəsilə həyata
keçirilib.

Məlumat üçün bildirək ki, əhaliyə təqdim edilən bu layihənin ilk
maliyyə tərəfdaşı Kapital Bank və Birbank oldu. İstifadənin daha
rahat olması üçün Birbank-ın “Bonuslar” hissəsində “ƏDV geri al”
bölməsi yaradıldı. Bununla da Birbank-ın QR xidmətindən istifadə
edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat
şəkildə portala əlavə etmək mümkündür.

Bundan başqa virtual “pul qabı”na yerləşdirilən vəsaiti Birbank
vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər
zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün
həm portal, həm də Birbank eyni mobil nömrə ilə qeydiyyatdan
keçirilməlidir.

Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı
tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/
portalına və ya Birbank-a müraciət etməlidir. Çekin 12 simvollu
fiskal İD-sini elektron kabinet və ya Birbank-ın QR-skan xidməti
vasitəsilə sistemə daxil etməlidirlər. Həmçinin BirKart ƏDV kartı
ilə müştərilər əməliyyat apararkən 2 qat ƏDV bonusu qazanırlar.
Bunun üçün yeni kartı Birbank-da qeydiyyat etmək və nağdsız
ödənişlər həyata keçirmək kifayətdir.

Teqlər: