Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan “Anka-3” PUA-sının görünüşü ilə bağlı foto ortaya çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, ilk prototipinin 2023-cü ilin yanvarında başa çatdırılması planlaşdırılan “Anka-3”ün struktur montajı mart ayında tamamlanacaq.
Gələn ilin aprel ayında isə həm mühərrikin işə salınması, həm də ilk uçuş sınağı olacaq.
Bildirilib ki, “Anka-3” reaktiv mühərriklə təchiz ediləcək. Sürəti, yüksək yük tutumu və demək olar ki radarda görünməyən quruluşu ilə PUA sahəsində yeni bir səhifə açılacaq.