Azərbaycanda məmurun masasını acımış xəmirlə doldurdular – Video

Azərbaycanda məmurun masasını acımış xəmirlə doldurdular – Video

Salyan rayonunda işıq problemi ilə üzləşən sahibkar qeyri-adi üsulla etirazını bildirib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, çörəkbişirmə sexinin sahibi iddia edib ki, “Azərişığ”ın Salyandakı idarəsi onlara xəbərdarlıq etmədən işıqlarını kəsib:

“Yeddinci dəfədir ki, xəmir atırıq. Materiallarımız xarab olub. İşçilərin pullarını ödəyə bilmirik. Yüzlərlə çörəyimiz əlimizdə qalıb. Artıq təngə gəlmişik. Ən azı, öncədən bizə xəbər verməli idilər. Lakin heç bir məlumat verən yoxdur”.

Etiraz edən sahibkar özü ilə gətirdiyi xəmirlə dolu siniləri idarədə masanın üzərinə düzüb:

“Bunlara baxıb bilsin ki, biz nə vəziyyətdəyik. İşıqpulunu bir gün gecikdirən kimi zəng edirlər. Biz gecikdirmədən ayda 800 manat pul ödəyirik. Lakin bunlar bizə xəbər vermədən işığı kəsirlər. Problemimizə baxan yoxdur”.

Teqlər: