Türkiyənin 17 şəhərində “Britaniya” stammına yoluxma halları aşkar edildi – Səhiyyə Nazirliyi

Türkiyənin 17 şəhərində koronavirusun “Britaniya” stammına yoluxma halları qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, ölkə vətəndaşları arasında bu koronavirus variantına yoluxma hallarının sayının 128 nəfərə qədər artıb:

“Mutasiya təhlükəsi ilə bağlı diqqətli olmalıyıq. Avropada xəstələnmə sayının artması faktorlarından biri koronavirusun mutasiya olunmuş variantıdır”.