Türkiyənin 155 vətəndaşı Ermənistan vətəndaşlığı alır

Türkiyənin 155 vətəndaşı Ermənistan vətəndaşlığı alır

2020-ci il yanvarın 1-dən 2022-ci il noyabrın 30-na qədər 155 nəfər erməni əsilli Türkiyə vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Bir nəfər də olsun Azərbaycan vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət etməyib. Ümumilikdə, göstərilən müddətdə 48 min 352 erməni Ermənistan vətəndaşlığını qəbul edib. Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ermənistana gələn 17 min 498 Rusiya vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət edib. Pasport və viza şöbəsi isə nə qədər müraciətin təmin olunduğuna cavab verməyib, onların bəzilərinə baxıldığı bildirilib”, – məlumatda deyilir.

Teqlər: