Türkiyəli idmançılara Azərbaycanda hər zaman xüsusi dəstək olur – Türkiyəli gimnast

Xəbər - Cani Babayeva – AzerTimes:

Türkiyəli idmançılara Azərbaycanda hər zaman xüsusi dəstək olur.

Bunu AzerTimes-ə türkiyəli gimnast, Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının iştirakçısı Gürkan Mutlu deyib.

“Mən Bakını çox sevirəm, burada təşkil olunan yarışlarda iştirak etməkdən zövq alıram. Azərbaycanda türkiyəli idmançılara hər zaman xüsusi dəstək olur. Buna görə dərindən minnətdarıq. Biz Azərbaycanda özümüzü evdəki kimi hiss edirik. Hiss olunur ki, idmançılar yarışların təşkilindən razıdır. Buna görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirik”, deyə gimnast bildirib.

Öz çıxışı barədə danışan G.Mutlu bildirib ki, komanda hesabında nəticələr gözləntiləri doğrultmayıb.


Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 3 ölkədən 300-dək gimnast iştirak edəcək.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: