Türkiyə azarkeşləri Avro-2024-ün seçmə mərhələsində Ermənistan millisi ilə səfərdə keçiriləcək oyuna buraxılmayacaqlar.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb.
Qeyd olunub ki, UEFA-nın xüsusi qərarına əsasən, martın 25-də I tur çərçivəsində “Vazqen Sərkisyan” stadionunda keçiriləcək qarşılaşmada qonaq komanda azarkeş dəstəyi olmadan çıxış edəcək.