Cənubda elektrik enerjisi kəsildi: “Azərişıq”dan reaksiya

Cənubda elektrik enerjisi kəsildi: “Azərişıq”dan reaksiya

Martın 6-da respublikanın qərb və cənub rayonlarında əsən güclü külək və qasırğa səbəbindən bəzi yerlərdə elektrik xətlərinin dayaqları aşıb.

Bu barədə AzerTimes-a “Azərişıq” ASC-dən bildirilib.

Məlumata görə, nəticədə bəzi kəndlərin elektrik enerji verilişində fasilə yaranıb:

“Qəzanın baş verdiyi yerlərə dərhal “Azərişıq”ın mal-materiallarla təchiz edilmiş “Qəza xidməti” cəlb edilib. Hazırda işlər sürətlə davam etdirilir. Regionun həmin ərazilərində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilməkdədir”.

Teqlər: