Türkiyəli astronavtın kosmosa səyahəti başladı – Video

Türkiyəli astronavtın kosmosa səyahəti başladı – Video

Türkiyəli astronavt Alpər Gezeravcı yanvarın 19-u Türkiyə vaxtı ilə saat 00:49-da (Bakı vaxtı ilə 01:49) kosmosa yola salınıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Gezeravcının olduğu “Draqon” kapsulu “Falkon 9” daşıyıcı raket vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

“Ax-3” heyətinə türk astronavtla yanaşı, ispaniyalı astronavt Mikael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli astronavt Markus Vandt daxildir.

Türk astronavt Beynəlxalq Kosmik Stansiyasında 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq.

Teqlər: