Türkiyəli aktyor və həyat yoldaşı zəlzələdə həlak oldu

Türkiyəli aktyor və həyat yoldaşı zəlzələdə həlak oldu

Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qalanlar sırasında aktyor Çağdaş Çankaya ilə musiqiçi həyat yoldaşı Zilan Tiqris də yer alıb.

AzerTimes xəbər verir ki, onlarla bağlı axtarış günlərdir davam edir. Diyarbəkirin Yenişehir bölgəsində doqquzmərtəbəli binanın altında qalan cütlüyün cansız bədəni tapılıb.

Çağdaş “Quruluş Osman” serialında rol alıb. Zilan isə müxtəlif dillərdə səsləndirdiyi mahnılarla tanınırdı.

Teqlər: