Türkiyədən Şri-Lanka ilə bağlı bəyanat

Türkiyədən Şri-Lanka ilə bağlı bəyanat

Şri-Lankada baş verən hadisələrdən və davam edən etirazlarda artan zorakılıqdan narahatıq.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ölkənin üzləşdiyi ciddi siyasi və iqtisadi problemlərin həllinin sosial uzlaşmadan keçdiyinə inanırıq. Bu prosesdə, bütün tərəfləri təmkinlə hərəkət etməyə və zorakılıqdan çəkinməyə çağırırıq”, – məlumatda bildirilir.

Qeyd edək ki, Şri-Lankda kütləvi etirazlardan sonra baş nazir istefa verib. Etirazçılar baş nazirin iqamətgahını yandırıblar.

Teqlər: