Türkiyədən Rusiyaya ixrac həcmi rekord həddə çatdı

Türkiyədən Rusiyaya ixrac həcmi rekord həddə çatdı

Bu ilin avqust ayında Türkiyədən Rusiyaya ixracın həcmi bütün zamanların ən yüksək səviyyəsinə çataraq 738 milyon 527 min dollar təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 87,2 faiz çoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib.

Məlumata əsasən, ötən ay Türkiyənin ümumi ixracının həcmi əvvəlki ilin eyni dövrünə nisbətdə 13,1 faiz artaraq 21 milyard 340 milyon dollara yüksəlib.

Bu dövr ərzində Türkiyədən ən çox ixrac həyata keçirilən ilk üç ölkə sırasında Almaniya (1 milyard 504 milyon dollar), ABŞ (1 milyard 308 milyon dollar) və Böyük Britaniya (1 milyard 40 milyon dollar) yer alıb. Rusiya bu siyahıda altıncı yerdədir.

Teqlər: