Türkiyədən nə qədər azərbaycanlı təxliyə edilib?

Türkiyədən nə qədər azərbaycanlı təxliyə edilib?

İndiyədək Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş 464 Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.

AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O deyib ki, hazırda təxliyə prosesi davam etməkdədir.

Teqlər: