Türkiyədən Liviyadakı gərginliyə reaksiya

Türkiyədən Liviyadakı gərginliyə reaksiya

Liviyada davam edən və dinc əhalinin ölümü ilə nəticələnən münaqişələri böyük narahatlıqla izləyirik.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Böyük səylərlə yaradılmış sakitliyin qorunması Liviyanın təhlükəsizliyi, sabitliyi və gələcəyi üçün çox vacibdir. Tərəfləri bunu dərk edərək hərəkət etməyə, təmkin və sağlam düşüncəyə dəvət edir, münaqişələri dərhal dayandırmağa çağırırıq.

Türkiyə Liviyanın davamlı sabitliyi, rifahı və təhlükəsizliyi üçün Liviya xalqının istək və gözləntiləri çərçivəsində ədalətli, azad və ümummilli seçkilərin ən qısa zamanda keçirilməsini vacib hesab edir. Bu çərçivədə BMT-nin dəstəyi ilə hüquqi infrastruktur işləri sürətlə tamamlanmalıdır.

Liviyalı qardaşlarımızın yanında olmağa, davamlı sülh və sabitliyin bərqərar olması üçün hər cür dəstəyi verməyə davam edəcəyik”, – məlumatda bildirilib.

Teqlər: