Türkiyədən gətirilən texnikalar real şəraitdə minatamizləmə fəaliyyəti icra ediblər (FOTO)

Xəbər - Ceyhun Ələkbərov -Trend:

Türkiyədən gətirilən minatəmizləmə texnikaları bu gün poliqonda real şəraitdə minatamizləmə fəaliyyəti icra ediblər.

Trend xəbər verir ki, Türkiyədən alınaraq Azərbaycana gətirilmiş bu mexaniki minatəmizləmə texnikası ilə əlaqədar mühəndis qoşunlarında mühəndis-istehkam bölmələrində hazırlıq-tədris proqramı da təşkil olunub.

10 günlük tədris proqramında istehsalçı şirkətin nümayəndələri ilə birlikdə texnikanın işlədilməsi, istismarı və qulluğu tam şəkildə öyrədilib. Bu gün isə texnikanın poliqonda real şəraitdə minatamizləmə fəaliyyəti icra olunub və qısa zamanda bu texnika işğaldan azad edilmiş ərazilərdə minalardan və partlamamış döyüş sursatlarından təmizləməsi işinə qatılacaq.

Teqlər: