Türkiyədən gətirilən minatəmizləmə texnikasının parametrləri açıqlanıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Türkiyədən gətirilən minatəmizləmə texnikasının parametrləri açıqlanıb.

AzerTimes-ın məlumatına görə, mühəndis qoşunlarının kapitanı Şakir Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, texnikanın ümumi kütləsi 13 tondur.

Onun sözlərinə görə, texnikanın heyəti 3 nəfərdir: “Texnika 25-30 santimetr ərazidə olan minaları zərərsizləşdirmək üçün təyin olunub. Texnikanın üzərində olan 3 ədəd kamera vasitəsilə ərazini müşahidə etmək mümkündür. Texnika 8 saat fasiləsiz işləmək imkanına malikdir”.

Teqlər: