Türkiyədən gətirilən 720 kq pendir yararsız çıxdı

Türkiyədən gətirilən 720 kq pendir yararsız çıxdı

Türkiyədən Azərbaycana gətirilən pendir yararsız çıxıb.

Bu barədə AzerTimes-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları “Z.N.Y” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında “E.coli” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

Teqlər: