Türkiyədən Azərbaycana polad ixracı artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yanvar ayında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz artaraq 8,751 milyon dollar təşkil edib.

Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar ayı ilə müqayisədə 7 faiz azalıb və 1,056 milyard dollara bərabər olub.

2021-ci ilin yanvar ayında polad ixracı Türkiyənin ümumi ixracının 7,8 faizini təşkil edib.

Qeyd edək ki, son 12 ay ərzində (yanvar 2020 – yanvar 2021) Türkiyənin polad ixracı 12,562 milyard dollara bərabər olub.

Teqlər: