Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 18,423 milyon dollar təşkil edib.

Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Fevral ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2020-ci ilin fevralı ilə müqayisədə 16 faiz artıb və 10,575 milyon dollara bərabər olub.


Yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 1,24 milyard dollar təşkil edib.

Son 12 ay ərzində (fevral 2020 – fevral 2021) Türkiyə 7,357 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib.