Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2020-cu ilin eyni dövrü ilə müqayisədə 25,6 faiz artaraq 7,82 milyon dollar təşkil edib.

Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2020-ci yanvarı ilə müqayisədə 3 faiz artaraq 601,104 milyard dollar təşkil edib.


Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,4 faizə bərabər olub.

Son 12 ay ərzində (yanvar 2020 – yanvar 2021) Türkiyə 7,314 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib.