Türkiyədəki zəlzələ nəticəsində dəyən zərər açıqlandı

Türkiyədəki zəlzələ nəticəsində dəyən zərər açıqlandı

Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 321 binaya zərər dəyib. Gölyakada beş bina və səkkiz ev ağır zədəli olaraq qiymətləndirilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

Nazir şiddətli yeraltı təkanlar nəticəsində Düzcedəki binaların 75 faizinə zərər dəymədiyini deyib. O, bunun səbəbini vilayətdə aparılan yenidənqurmanın ölkənin zəlzələnin idarə olunması qanunlarına uyğun aparılması ilə izah edib.

Hazırda araşdırmanın davam etdiyini qeyd edən nazir bildirib ki, xüsusi qruplar tərəfindən, ilk növbədə, şikayətlərin daxil olduğu ərazilərlə bağlı həm laboratoriyalarda, həm də alət və cihazlarla intensiv şəkildə araşdırmalar aparılır və bu işlər çox qısa zamanda tamamlanacaq.

Teqlər: