İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşdü

İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşdü

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İranın Azərbaycandakı səfiri Abbas Musəvi arasında görüş keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə İran səfirliyi Teleqramda məlumat yayıb.

Qeyd olunub ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, eyni zamanda ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə media sahəsində əməkdaşlıq və iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsi məsələsinə toxunulub.

Teqlər: