Türkiyədə yük qatarı aşdı

Türkiyədə yük qatarı aşdı

Türkiyənin Yozqat vilayətinin Şefaatli ilçəsində yük qatarı relsdən çıxaraq aşıb.

AzerTimes xəbər verir ki, bu barədə Yozqat valiliyi məlumat yayıb.

Qəza səbəbindən Ankara-Kayseri dəmir yolu xətti üzrə hərəkət dayandırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Teqlər: