Türkiyədə yol qəzası baş verib, 13 nəfər xəsarət alıb

Türkiyənin Şanlıurfa vilayətində mikroavtobus minik avtomobili ilə toqquşub.

AzerTimes-ın məlumatına görə, hadisə Siverek rayonunda baş verib. Qəza nəticəsində 13 nəfər xəsarət alıb.

Yaralılar Siverek rayon dövlət xəstəxanasına çatdırılıb.


Xəsarət alanların vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qəza ilə bağlı araşdırmalar başlanılıb.