Türkiyədə yerli “TURKOVAC” peyvəndinin 3-cü kliniki sınaq mərhələsi başlayıb

Türkiyədə yerli istehsalı olan koronavirusa qarşı “TURKOVAC” peyvəndinin 3-cü kliniki sınaq mərhələsi başlayıb.

AzerTimes-ın məlumatına görə, sınaq mərhələsi çərvisəində Erciyes Universitetində könüllülər peyvənd olunub.

Kayseri dövlət xəstəxanasında da sınaqların 3-cü mərhələsi çərçivəsində könüllülərə peyvəndlər vurulub.

Qeyd edək ki, yeni növ koronavirusa (COVİD-19) qarşı yerli peyvənd “TURKOVAC” Erciyes Universiteti (ERU) və ölkənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsi (TÜSEB) ilə birlikdə hazırlanıb.