Türkiyədə yenidən meşə yanğınları başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin cənub-şərqindəki Muğla vilayətində iki bölgədə meşə yanğınları başlayıb.

AzerTimes-ın məlumatına görə, yanğınlar Milas və Bodrum rayonlarında qeydə alınıb.

Yanğınların qarşısının alınması məqsədilə bir təyyarə, 5 helikopter və 20-yə yaxın texnika cəlb edilib.

Xatırladaq ki, iyulun sonu – avqustun əvvəllərində Muğla da daxil olmaqla, Türkiyənin bir neçə bölgəsində tüğyan etmiş yanğınlar nəticəsində 170 min hektardan çox ərazi yanmışdı.


Teqlər: