Türkiyədə yeni aviaşirkət fəaliyyətə başlayacaq

Türkiyədə may ayının sonlarında yeni aviaşirkət fəaliyyətə
başlayacaq.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, “Southwind” adı almış aviaşirkət rusiyalı
turistlərin Türkiyənin kurort zonalarına daşınması ilə məşğul
olacaq.

İlk mərhələdə aviaşirkət 5 ədəd “Airbus” təyyarəsi ilə təmin
olunacaq.