Türkiyədə yağan güclü qar 25 kilometrlik tıxaca səbəb oldu (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin şimal-qərbində yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib.

AzerTimes-ın məlumatına görə, dünən axşam saatlarından etibarən başlayan qar Balıkesir vilayətində bir sıra yolların bağlanmasına səbəb olub.

Balıkesir-Bursa magistralında 25 kilometr uzunluğunda tıxac qeydə alınıb.

Bursadan Yalovaya gedən yol da avtomobillərin hərəkəti üçün bağlanıb.