Türkiyə iqtisadiyyatı 2022-ci ilin birinci rübündə (yanvar-mart)
7,3 faiz artıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Statistika
Universitetindən (TÜİK) bildiriblər.
Birinci rübdə ÜDM-in həcmi cari qiymətlərlə 179 milyard 800
milyon dollar təşkil edib.
İqtisadçılar Türkiyə iqtisadiyyatının 2022-ci ilin birinci
rübündə 7,2 faiz artacağını proqnozlaşdırıblar.
2010-cu ildən bəri Türkiyə iqtisadiyyatının artım tempi:
İl | I rüb | II rüb | III rüb | IV rüb | il ərzində |
2011 | 11,7 | 11,3 | 11,4 | 9,8 | 11 |
2012 | 6,3 | 5,3 | 3,9 | 4 | 4,8 |
2013 | 9 | 9,6 | 8,9 | 7,5 | 8,7 |
2014 | 8,6 | 3 | 3,3 | 5,2 | 4,9 |
2015 | 3,5 | 7,2 | 6,6 | 6,3 | 6 |
2016 | 4,6 | 4,7 | -0,1 | 4,4 | 3,3 |
2017 | 5,4 | 6,3 | 10,5 | 7,2 | 7,5 |
2018 | 7,5 | 5,9 | 2,8 | -2,7 | 3,1 |
2019 | -2,3 | -1,4 | 0,8 | 6,1 | 0,9 |
2020 | 4 | -10,4 | 6,1 | 6,1 | 1,6 |
2021 | 7,6 | 22 | 7,9 | 9,1 | 11,2 |
2022 | 7,3 |