Türkiyədə tur avtobusu aşdı: 19 yaralı

Türkiyədə tur avtobusu aşdı: 19 yaralı

Qara dəniz səyahətindən qayıdan tur mikroavtobusu Tunceli-Ərzincan yolunun Ağlayan Qayalar ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

AzerTimes xəbər verir ki, qəza nəticəsində mikroavtobusda olan 19 nəfər yaralanıb.

Hadisə yerinə xeyli sayda sağlamlıq, xilasetmə və jandarma qrupları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: