Türkiyədə torpaq üstündə dava düşüb, 20-dən çox yaralı var

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin Şanlıurfa vilayətində iki qrup arasında ərazi mübahisəsi kütləvi davaya çevrilib.

Trend-in məlumatına görə, insident nəticəsində 23 nəfər yaralanıb.

Tərəflər bir-birinə qarşı daş və dəyənəklərdən istifadə ediiblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı deyilir.

Bölgədə təhlükəsizliyin təmin olunması üçün jandarm qüvvələri cəlb olunub.