Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin Şanlıurfa vilayətində iki qrup arasında ərazi mübahisəsi kütləvi davaya çevrilib.
Trend-in məlumatına görə, insident nəticəsində 23 nəfər yaralanıb.
Tərəflər bir-birinə qarşı daş və dəyənəklərdən istifadə ediiblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı deyilir.
Bölgədə təhlükəsizliyin təmin olunması üçün jandarm qüvvələri cəlb olunub.