Türkiyədə ticarətin həcmi 2 ay ərzində 200 milyardı ötdü

Türkiyədə ticarətin həcmi 2 ay ərzində 200 milyardı ötdü

2024-cü ilin ilk iki ayında Türkiyənin xarici ticarət əməliyyatlarında türk lirəsi ilə hesablaşmaların həcmi ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 39,4 faiz artaraq, 207 milyard 738 milyona çatıb.

AzerTimes Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral aylarında ölkənin milli valyutası ilə ixrac və idxal əməliyyatları, ümumilikdə, 149 milyard 21 milyon lirə təşkil etmişdi.

2024-cü ilin yanvar ayında ixracat həcmi 30 milyard 969 milyon, idxal isə 81 milyard 161 milyon lirə olub. Fevral ayında Türkiyə məhsullarının xaricə tədarükü türk lirəsi ilə 25 milyard 135 milyon, idxal həcmi isə 70 milyard 473 milyon təşkil edib.ürkiyə lirəsi ilə ilin əvvəlindən dünyanın 168 ölkəsinə məhsul ixracı həyata keçirilib. Milli valyuta ilə xaricə tədarük, ümumilikdə, 30 mindən çox türk şirkəti tərəfindən həyata keçirilib.

Teqlər: