Türkiyədə təyyarə yaşayış sahəsinə düşüb, pilotlar ölüb (FOTO)

Bakı Trend:

Türkiyənin Bursa şəhərində yüngülmühərrikli təyyarə qəzaya
uğrayıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 2 pilot həlak olub.

Qeyd olunur ki, təyyarə Bursanın Osmanqazi rayonunda yaşayış
evlərinin arasına düşüb. Qəzadan sonra təyyarənin düşdüyü yerdə
yanğın başlayıb.

Qəza nəticəsində sakinlər arasında xəsarət alanların olmadığı
deyilir.

İlkin məlumatlara görə, təlim məqsədli uçuş həyata keçirən
təyyarə texniki nasazlıqla bağlı qəzaya uğrayıb.