Türkiyədə stadion 35 milyona hərraca çıxarılır

Xəbər - Çingiz Səfərli – Trend:

Antalyadadakı Mardan Stadionunun da yerləşdiyi İdman Kompleksi 178 milyon 584 min lirəyə (təxminən 35 milyon manat) satışa çıxarılır.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, kompleks iyulun 27-də İstanbul Anadolu Ədliyyəsində hərraca çıxarılacaq.

102 min 645 kvadratmetr sahəsi olan kompleksin tərkibində 2 futbol meydançası, 5 tribuna, məşq zalı, işçilərin və qonaqların qalması üçün bina var.