Türkiyədə son sutkada koronavirusdan 8 109 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 98 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 998 nəfərə çatıb.


Onun sözlərinə görə, ölkədə 8 636 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 548 195 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 109 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 437 382 nəfər təşkil edir.

Teqlər: