Paraqvayda hərbi təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Paraqvay Hərbi hava qüvvələrinə məxsus təyyarə ölkə paytaxtının beynəlxalq hava limanında qəzaya uğrayıb.

Trend TASS-a istinadən xəbər verir ki, qəzada 7 nəfər ölüb, bir sərnişin sağ qalıb.

“Bir nəfərin vəziyyəti çox ağırdır. Xəstəxanaya yerləşdirilib. Qalan yeddi nəfərin ölümü təsdiqlənib”, – yanğınsöndürmə xidmətinin rəhbəri Ruben Valdes bildirib.


Ölkənin Hərbi hava qüvvələri istintaqa başlayıb.

Teqlər: