Türkiyədə son sutkada koronavirusdan 8 089 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 108 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 685 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 897 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 524 786 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 089 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 412 505 nəfər təşkil edir.