Türkiyədə son sutkada koronavirusdan 7 617 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 94 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 47 976 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 6 169 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 276 468 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 7 617 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 147 610 nəfər təşkil edir.