Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 72 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 285 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 9 561 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 665 194 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 5 297 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 540 293 nəfər təşkil edir.

Teqlər: