Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 217 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 356 643 nəfər test edilib, 28 678 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 29 296 nəfər sağalıb.