Duman səbəbindən Moskva hava limanlarında 30-dan çox reys gecikib və ləğv edilib

Moskva hava limanlarında 30 reys təxirə salınıb, daha 5 reys gecikib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Yandeks.Raspisanie” servisində bildirilib.

Məlumata əsasən, buna səbəb Rusiyanın paytaxtında müşahidə olunan dumanlı hava olub.


Ən çox reys Domodedovo hava limanında ləğv edilib – 12 reys, daha iki reys gecikib. Şeremetyevoda 11, Vnukovoda isə 7 reys ləğv edilib. Həmçinin Vnukovoda 1, Şeremetyevoda isə 2 reys gecikib.