Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 215 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 347 426 nəfər test edilib, 22 583 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 25 254 nəfər sağalıb.