Belçika və Fransa yığmaları DÇ-2022-yə vəsiqəni təmin ediblər

Belçika və Fransa milli komandaları 2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində lazımi xalı toplayaraq vaxtından əvvəl final mərhələsinə vəsiqə qazanıblar.

AzerTimes-ın məlumatına görə, Fransa yığması seçmə mərhələnin 7-ci turunda Qazaxıstan yığmasə üzərində 8:0 hesablı qələbə qazanaraq xallarının sayını 15-ə çatdırıb və DÇ-nin final mərhələsinə vəsiqəni təmin edib.


Belçika yığması isə evdə Estoniya komandasına qalib gəlib – 3:1. Xallarının sayını 19-a çatdıran Belçika da final mərhələsinə vəsiqəni təmin edib.

Teqlər: