Türkiyədə son sutkada koronavirusdan 17 161 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 73 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 696 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 18 912 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 930 554 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 17 161 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 752 023 nəfər təşkil edir.