Türkiyədə son sutkada koronavirusdan 15 561 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 204 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 293 252 nəfər test edilib, 19 918 yeni yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 15 561 nəfər sağalıb.