Avropa İttifaqı 250 milyon vətəndaşını koronavirusa qarşı tam peyvənd edib

Avropa İttifaqı 250 milyon vətəndaşının koronavirusa qarşı vaksinin iki dozası ilə tam peyvənd olunmasını tamamlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Səhiyyə üzrə Avropa Komissarı Stela Kiriakides bildirib.

Onun sözlərinə görə, bu göstərici yetkin yaşına çatmış əhalinin 70 faizinin peyvənd olunması məqsədlərinə doğru yeni vacib dövr sayılır.


S.Kiriakides vurğulayıb ki, Avropa İttifaqı vaksinasiyanı yeni koronavirus ştammlarına qarşı ən effektiv vasitə hesab edir.