Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 173 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 384 049 nəfər test edilib, 61 727 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 35 163 nəfər sağalıb.