İndoneziyada 5,6 bal gücündə zəlzələ olub

İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tobelo şəhərindən 30 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib.