Türkiyədə şagirdləri aparan avtobus aşıb – Ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin Afyonkarahisar vilayətində ibtidai sinif şagirdlərini aparan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, avtobusun aşması nəticəsində 5 nəfər, o cümlədən dörd şagird həlak olub.

Sürücü ilə yanaşı daha bir şagird xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.


Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.